Bakının Nəsimi rayonunda quldurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilir ki, iyulun 28-də Bakı şəhər sakini O.Qasımovun mobil telefonu, içərisində pul və sənədi olan pulqabısı quldurluq yolu ilə talanıb. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Cavadov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.