Bakıda sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Çinar-Trans” MMC şirkətinə məxsus 202 saylı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə sərnişinlərin bəziləri xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.