Paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay 34 ünvanında yerləşən ərzaq mağazasında qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 29 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Keçirilən yoxlama zamanı müəssisədə 227 ədəd “Organic Line” adlı saxta spirtli içkilər aşkarlanıb.
Məhsullar müsadirə olunaraq nümunələri laboratoriyaya göndərilib. Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_15923" align="alignnone" width="300"]
Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı[/caption]