Bakıda soyğunçuluqla məşğul olan şəxs polis tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 14 iyun tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonunda iyunun 7-də Şabran rayon sakini E.Salmanovun 900 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini K.Həsənov və Bakı şəhər sakini P.Abdullayeva müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.