Bakıda paytaxt sakininə qarşı soyğunçuluqda şübhəli bilinən şəxs tutulub. Bu haqda BakuPlus.az Report-a istinadən xəbər verir.
Paytaxtın Nəsimi rayonu ərazisində zor tətbiq edərək paytaxt sakini E.Mehdiyevin 250 ABŞ dollarını almaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.