Paytaxtın Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasına narkotik vasitə keçirtməyə cəhd ediblər. Bu haqda Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini Azər Quliyev həbsdə olan qonşusu Fərid Mustafayevə sovqat gətirib. Yoxlama zamanı orada olan hamam dəsmalına hopdurulmuş ümumi çəkisi 0,361 qram heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.