Bakıda tələbə qız ağır xəstəlikdən vəfat edib.
Bakuplus.az “Azərbaycan Tələbələri” səhifəsinə istinadən xəbər verir ki, Bakı Qızlar Universitetinin tələbəsi Məsmə Rəsulzadə dünyasını dəyişib.
O, universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.