Paytaxtın Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağac kəsimi faktları aşkarlanıb. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən məlumat verir.
Ərazidə “XXI əsr Xəzər İnşaat” MMC tərəfindən tikinti işləri aparmaq məqsədi ilə təbiətə 67.680 manat ziyan vurulduğu müəyyən edilib.
Məsələ ilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib.