Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 17 fevral tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Qoqol və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində “Honda” və “Uber” taksi şirkətinə məxsus “Toyota Prius” markalı iki avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.