Bakıda usta və tanışları evdən oğurluq ediblər. Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bu haqda 10 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nardaran qəsəbəsi, Ləhic bağlarında yerləşən, yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən paytaxt sakinləri - Cavidan Namazov, tanışları Tural Həşimov və Nihat Əliyev tutulublar.
Araşdırma nəticəsində şübhəlilərin 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub.
Oğrulardan biri həmin evdə usta işləyib. Tutulan digər şəxslər isə ustanın tanışlarıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.