Paytaxtın Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 8 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 125 kv.m olan ofisin mətbəxi 30 kv.m sahədə yanıb. 17 nəfər binadan təxliyə edilib. 1 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Ofisin digər hissələrinə ziyan dəyməyib.