Aeroport yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə yolun Suraxanı rayonu hissəsində qeydə alınıb. Bu haqda Report 7 noyabr axşam saatlarında məlumat verib.
141 saylı marşrut avtobusu idarəetməni itirərək velosipedçini və 55-60 yaş arası qadını vurub. Hər iki şəxs ağır xəsarət alıb. Yaralıların şəxsiyyəti müəyyənləşdirilir.
Hadisə yerinə polis və tibb işçiləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.