Bakıda baş vermiş qəzada ölüm hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən 22 mart tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Hənifə Ələsgərova küçələrinin kəsişməsində moped sürücüsü yol ayırıcını keçərkən onun nəqliyyat vasitəsini “Toyota” markalı avtomobil vurub.
Mopedin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.