Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 1 oktyabr tarixində xəbər verir.
Bakı-Qazax magistralının Ələt qəsəbəsinə düşən hissəsində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çarpılıb.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.