Paytaxtda baş vermiş yol-nəqliyyat hadisəsində azyaşlı xəsarət alıb. Bu haqda APA 8 yanvar tarixində xəbər verib.
Nəsimi rayonu Cavadxan küçəsində - metronun Memar Əcəmi satansiyasının yaxınlığında “VAZ-2107” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib.
Nəticədə baş vermiş qəzada azyaşlı da daxil olmaqla 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.