Bakının mərkəzində, Yusif Səfərov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 27 aprel tarixində Oxu.az məlumat verib.
“Volkswagen” və “Toyota Prius” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq bir-biri ilə toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.