Bakıda avtomobil yollarında zolaqların rənglənməsi işləri davam edir. Bu haqda BakuPlus.az bu gün, 18 may tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Tbilisi prospektində avtomobil yollarında silinən zolaqlar yenilənir. İşlər mərhələli şəkildə bütün prospekt boyu aparılır.
Nəqliyyat axınında sıxlıq yaratmamaq məqsədilə yenilənmə işləri gecə saatlarında həyata keçirilir.
[caption id="attachment_44861" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]