Bu gün, 10 dekabr tarixində Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda Lent.az məlumat verib.
Yolu keçmək istəyən Rəis Kəmaləddinovu avtomobil vurub. Piyada yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 6 dekabr tarixində Zabrat-Kürdəxanı yolunda hərəkətdə olan “VAZ-2106” markalı avtomobili idarə edən Əfqan Babayev yolu keçən 40-45 yaşlarında qadını vurmuşdur. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişmişdir.