Bakı-Qazax avtomobil yolunda 26 iyul, saat 14:10 radalərində YPX avtomobilinin iştirakı ilə qəza baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Oxu.az məlumat verib.
Yolun Qaradağ rayonu ərazisindən keçən 42,7-ci kilometrində “BMW” markalı, 99-YP-851 dövlət qeydiyyat nişanlı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sərnişini yüngül xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə təsdiqlənib araşdırmanın aparıldığı bildirilir.