Bakının Nəsimi rayonu, Ənvər İsmayılov küçəsində “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağaclar kəsilib. Bu haqda bu gün, 1 mart tarixində Report məlumat verib.
Ağacların bağçanın sahibi Oktay Abutalıbov tərəfindən kəsildiyi məlum olub.
Faktla bağlı protokol tərtib edilib, sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.