top
Bakıda özünü dünya çempionu kimi təqdim edən şəxs bir nəfəri bıçaqlayıb
18 iyul 2022, 07:10
- +

Bakıda özünü dünya çempionu kimi təqdim edən şəxs bir nəfəri bıçaqlayıb

Bakının Nəsimi rayonunda özünü sərbəst güləş üzrə dünya çempionu kimi təqdim edən Məmmədağa Tağızadə onu işə götürən Ələkbər Qasımovu bıçaqlayıb. Bu haqda bu gün, 18 iyul tarixində Report məlumat verib.

Zərərçəkmişin bacısı Ramilə Bünyatovanın sözlərinə görə, qardaşı hoteldə bələdçi kimi işləyir. Bir neçə gün öncə Tağızadə onun qardaşına yaxınlaşaraq ondan iş istəyib. O, maliyyə çətinlikləri yaşadığını və güləş üzrə dünya çempionu olduğunu bildirib.

"Bu gün səhər saat 8 radələrində həmin şəxs qardaşımgilə gəlib. Qardaşım ona 70 manat pul uzadıb ki, maşınla turistləri filan yerə apar. Bundan sonra Ələkbər hamama əlini yumağa gedib. Elə həmin vaxt M. Tağızadə şüşə qabı onun başına vurub və bıçaqla boyun damarlarını kəsib. Qardaşıma deyib ki, mən bura sifarişlə gəlmişdim. Evdən onun 2700 dollar və 1000 manat pulunu da götürərək qaçıb. Qardaşım görüb ki, onu öldürəcək, pulun yerini deyib", - Bünyatova bildirib.

Hazırda əməli törədən şəxs axtarışdadır, Qasımov isə ağır xəsarətlər alıb. "Şəklinə yaxından baxmışam. Burnunun sınmasından bilinir ki, idmanla məşğul olub. 20 yaşı var, Salyan sakinidir. Evdən qaçanda Ələkbərin paltarlarını geyinib. Qardaşım xırıldayıb, Məmmədağa da bilib ki, o, ölüb. Ancaq şah damarını kəsməyib deyə, qardaşım sağ qalıb, başına tikiş qoyulub", - deyə Bünyatova əlavə edib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu adda sərbəst güləş üzrə dünya çempionu yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Xəbər
Bu gün, 17:38

İşə gecikdi, rəhbəri inanmadı – Uşağının canına and içdi

Xəbər
Bu gün, 15:57

Müəllimlərin ikinci sertifikasiya prosesi nə vaxt olacaq? - Nazir AÇIQLADI

Xəbər
Bu gün, 13:15

Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub

Xəbər
Bu gün, 12:27

Masazır dairəsinə girişdə ucu-bucağı görünməyən tıxac

Xəbər
Bu gün, 11:44

Adına küçə verilən, Neft Daşlarını kəşf edən neftçi Qurban...

Xəbər
Bu gün, 10:41

Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü — Kobud danışığa görə

Xəbər
Bu gün, 09:30

Metropoliten rəhbərliyi sərnişinlərdən üzr istədi - YENİLƏNİB + VİDEO

Xəbər
Dünən, 21:00

14-20 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
12 sentyabr 2026, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
12 sentyabr 2026, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
12 sentyabr 2026, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
12 sentyabr 2026, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
12 sentyabr 2026, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
12 sentyabr 2026, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
12 sentyabr 2026, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
11 sentyabr 2026, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
11 sentyabr 2026, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
11 sentyabr 2026, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
11 sentyabr 2026, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
11 sentyabr 2026, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
11 sentyabr 2026, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
11 sentyabr 2026, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
11 sentyabr 2026, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
11 sentyabr 2026, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Oxşar xəbərlər