Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev ilə Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az xəbər verir.
2 yanvar tarixinə keçən gecə “BMW”, “Kia” və “Nissan” markalı avtomobillər toqquşub.
Xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları gəlib. Təfərrüatlar araşdırılır.
Daha bir avtoqəza həmin vaxt ərəfələrində paytaxtın Binəqədi rayonu, Mir cəlal küçəsində qeydə alınmışdır.