Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 21 iyun tarixində Report məlumat verib.
Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində "BMW" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Nəticədə "BMW" zərbənin təsirindən yolun əks istiqamətinə çıxaraq "KİA" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.