Nəsimi rayonunda yerləşən gecə klubunda intihara cəhd qeydə alınıb. Bu haqda bu gün, 3 dekabr tarixində Report məlumat verib.
33 yaşlı Məryam Şahbazova mübahisə zəminində özünə bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası ilə çatdırılaraq əməliyyət edilib.
Faktla bağlı araşdırma aparılır.