Bakı metrosunda daha bir sərnişin stansiya yoluna düşüb.
Bu barədə BakuPlus.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat Katibi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hadisə bu gün saat 19:00 radələrində metronun "Ulduz" stansiyasında qeydə alınıb:
"Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Hazırda metronun "Yaşıl" və "Qırmızı" xətlərində hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır".
Qeyd edək ki, bu gün saat 15:30 radələrində metronun "28 May" stansiyasında 50-55 yaş aralığında olan kişi sərnişin qatar yoluna düşərək həyatını itirib.