Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb. Bu haqda 2 dekabr tarixində Report məlumat verib.
Noyabrın 24-də “Gənclik” stansiyasında naməlum şəxs tərəfindən Bakı sakini Ş.Rəcəbovanın mobil telefonu oğurlanmışdır. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini A.Xəlilov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.