Paytaxtın Xətai və Səbail rayonlarında yanğın baş verib. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında elektrik sayğacları alışıb. Binadakı mənzillərə ziyan dəyməyib.
Səbail rayonunda isə üçmərtəbəli yaşayış binasında ümumi sahəsi 80 kv.m olan mənzil 2 kv.m sahədə yanıb. Mənzilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğınlar söndürülüb.