Bakının Nəsimi rayonu ərazisi, Azadlıq prospektində 18 fevral saat 22:00 radalərində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Bakuplus.az məlumat verir.
“Nissan” markalı avtomobilin sürücüsü bitişik küçədən çıxaraq Azadlıq prospekti ilə hərəkət istiqamətinin əksinə hərəkət edib. “Toyota” markalı avtomobil isə Azadlıq prospekti ilə kəsişən digər küçədən hərəkətini davam etdirib və bu zaman “Nissan”la toqquşub. Zərbənin gücündən nəqliyyat vasitəsi səkiyə çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
[caption id="attachment_34134" align="alignnone" width="968"]
Foto Bakuplus.az[/caption]