Paytaxtın Nəsimi rayonu, metronun “28 may” stansiyası yaxınlığında külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron rayon sakini Abbas Əkbərov adıçəkilən ərazidə Elbrus Umudovanın, içərisində 23.000 AZN olan, çantasını oğurlamışdır.
“1 saat izlədim. Uyğun vaxt tapan kimi çantanı əlindən götürüb qaçdım” - deyə təqsirkar bildirir.
Şübhəli şəxs 4-5 saat ərzində saxlanılıb. Tutulan zaman onun üzərindən heroin də aşkarlanıb. Araşdırmalar davam edir.