Paytaxt restoranlarından birində pulqabı oğurlanıb.
Baku.ws məlumat yayıb ki, hadisə Bakının məşhur Nizami küçəsində yaşanıb. Restoranda yemək yeyən şəxs daha sonra məkanı tərk edəndə naməlum şəxs onun pulqabını oğurlayıb.
Qeyd edilib ki, pulqabıda şəxsiyyət vəsiqəsi, müəyyən miqdarda pul və bank kartları olub. Yaşanan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Zərərçəkmiş bu barədə polisə müraciət etdiyini də bildirib.
Sözügedən görüntüləri təqdim edirik: