Paytaxtın Nəsimi rayonu, Nizami küçəsində yanğın baş verib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az “Baku.tv”-yə istinadən xəbər verir.
Alışma 3 mərtəbəli binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub.
Təfərrüatlar araşdırılır.
Yenilənib:
Ümumi sahəsi 32 kv.m olan mənzil 10 kv.m sahədə yanıb. Ev sahibi 52 yaşlı Leonid Jukov hadisə yerində ölü tapılıb.
Araşdırmalar davam edir.