Binəqədi rayonunda hərbi sursat tapılıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Ziya Bünyadov prospektində baş verib. Ərazidə 1 ədəd “RQD-5” əl qumbarası aşkarlanıb. FHN-in əməkdaşları həmin yerə cəlb olunaraq, sursatı təhlükəsiz əraziyə aparıblar.
Daha sonra ərazi yenidən yoxlanılıb və şübhəli əşya aşkar edilməyib.