Paytaxtın 2 rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 23 sentyabrda FHN-nin mətbuat xidməti məlumat yayıb.
Sabunçu rayonunda yarımstansiya ərazisində 3 ədəd yağ açarı yanıb. Ətrafdakı tikililərə ziyan dəyməyib.
Xətai rayonunda isə səkkizmərtəbəli binanın birinci mərtəbəsində 6 ədəd elektrik sayğacı və kabellər yanıb. Binanın digər hissələri yanğından mühafizə olunub.
Bundan əvvəl, 21 sentyabr tarixində paytaxt restoranlarının birində yanğın baş vermişdir.