Bakıda tanıdığı şəxsi bıçaqlamaq istəyən şəxs özü xəsarət alıb. Bu haqda Report xəbər verib.
Paytaxtın Nəsimi rayonunda 38 yaşlı Abbas Məmmədov mübahsə zəminində tanışını bıçaqlamaq istəyərkən özü bıçaq xəsarəti alıb.
Xəstəxanaya çatdırılan yaralıya sağ əlin barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub.
A. Məmmədov polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.