Bu gün, 18 sentyabr tarixində Bakı-Xırdalan yolunda zəncirvari qəza baş verib. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Baş Dövlət Yol Polisi İdarəsi nümayindəsinin sözlərinə görə, hadisə zamanı 4 avtomobil toqquşub - Mitsubishi L 200, iki Mercedes Benz və Opel markalı avtomobillərinə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
18 sentyabra keçən gecə Bakı və ətraf rayonlarda daha da 3 avtoqəza qeydə alınıb.