Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol qəzasında piyada xəsarət alıb. Bu haqda bu gün, 16 dekabr tarixində gecə saatlarında APA məlumat verib.
52 yaşlı Elcan Qədirli yolu keçərkən onu avtomobil vurub. Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.