Abşeron rayon sakini olan bir nəfərin bank kartından 1050 manat vəsaitinin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Bakuplus.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 23 yaşlı M.Əzizli və əvvəllər məhkum olunmuş 65 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.