Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Rəşid İsmayılov “Kia” markalı avtomobillə hərəkət edən zaman idarəetməni itirərək işıq dirəyinə çarpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb, avtomobil deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırmaya başlanılıb.