Paytaxtın Binəqədi rayonunda quldurluq edən şəxs tutulub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Əli Şahverdiyev həmyerlisi F.Həsənovun pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.