Paytaxtın Binəqədi rayonunda 31 evdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov müxtəlif vaxtlarda ümumilikdə 31 evdən dəyəri 36.000 AZN-dən çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.