Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Kuryer şirkətinin əməkdaşı olan moped sürücüsü yolun əks istiqamətinə çıxan zaman geriyə dönən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.