Paytaxtın Binəqədi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Taksi kimi fəaliyyət göstərən avtomobil hərəkətdə olan zaman digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə taksidə olan sərnişinlər - 33 yaşlı Şahrun Qasımova və 28 yaşlı Jalə İbrahimova xəsarət alıblar.
Hər 2 yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.