Binəqədi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Hadisə rayonun Əcəmi Naxçıvani və Şövkət Məmmədova küçələrinin kəsişməsində qeydə alınıb. “Uber” taksi şirkətinə məxsus “Toyota Prius” markalı avtomobilin sürücüsü “Chevrolet” markalı avtomobilə yan tərəfdən çarpılıb.
Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.