Binəqədi rayonunda mənzildə meyit tapılıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində yerləşən mənzildə 1 nəfər bağlı qapı arxasında qalıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunaraq qapını açıblar və içəridə meyit aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.