Binəqədidə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az DİN-ə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.
Müxtəlif üsul və vasitələrlə 2864, 1157, 4496 manat və Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunan Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırma aparılır.