Paytaxtın Binəqədi rayonunda yerləşən mağazaların birindən oğurluq edilib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, İ.P.Dadaşov küçəsində yerləşən mağazadan notbuk və 2 ədəd qol saatı oğurlanıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Cabbar Qafarov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.