Binəqədi rayonunda evdən oğurluq edilib. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib. E.Əlimuradov evlərin birindən 2251 AZN və mobil telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.