Bakının Binəqədi rayonunda, Mir Cəlal Paşayev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində zəncirvari yol qəzası baş verib. Bu haqda 30 mart axşam saatlarında APA məlumat verib.
Tural Bayramov “Toyota Prius” markalı avtomobili idərə edərkən sükana nəzərəti itirib və onu “Hyundai” markalı nəqliyyat vasitəsinə, daha sonra “Toyota Land Cruiser”ə çarpıb. Qəza nəticəsində hər üç avtomobilə ziyan dəyib.
Verilən məlumata görə, sürücü avtomobilin sahibkarı da daxil olmaqla 3 sərnişin tərəfindən döyülüb. Sürücünün sözlərinə görə, sahibkar ondan 1000 manat pul istəyib. Bu səbədən mübahisə başlayıb və Bayramov idarəetməni itirərək qəza törədib.
Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Sürücünün şikayəti üzrə 3 nəfər axtarılır.
[caption id="attachment_95640" align="alignnone" width="640"]
Foto apa.az[/caption]