Binəqədi rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib. Qəsəbə sakini olan yeniyetmə “BMW” markalı nəqliyyat vasitəsindən 3500 AZN oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar aparılır.