Bakının Xəzər rayonu, Binə qəsəbəsində hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri keçiriblər. Daha sonra əraziyə baxış keçirilib. Nəticədə oradan 1 ədəd “F-1” əl qumbarası, UZRQM partladıcısı, 3 ədəd 5x45mm PS mərmisi və lüləsi kəsilmiş “TOZ-63” 16 mm kalibrli ov tüfəngi aşkar olunub.
Sonda ərazi yenidən yoxlanılıb, yaxınlıqda başqa təhlükəli əşya aşkar edilməyib.